Bakı-Sumqayıt yolunda üç avtomobil toqquşub 

10:01 21.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı-Sumqayıt şosesində üç avtomobil toqquşub.

Hadisə şosesinin Binəqədi rayonu ərazisinə düşən hissəsində baş verib.

"Opel" markalı nəqliyyat vasitəsi eyni markalı avtomobillə toqquşub. Daha sonra "Saipa" markalı nəqliyyat vasitəsi hər iki avtomaşına çırpılıb. Qəza nəticəsində "Saipa" markalı nəqliyyat vasitəsində olan sərnişin xəsarət alıb.

 

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.apa